ZİRVƏ LİSEYİ
Təhsildə Zirvə

Xoş Gəlmişsiniz!

Əziz dostlar,

Məktəbimizə xoş gəlmisiniz.

Zirvə Liseyi, ölkəmizdə təlim-tərbiyə və təhsil sahəsində qabaqcıl ümumtəhsil məktəbləri arasında yer alan, elm və mədəniyyət sahələrində, sosial və idman fəaliyyətlərində hər zaman ön sıralarda olmaqla beynəlxalq və respublika səviyyəli layihə və fənn olimpiadalarında uğurlar qazanan təhsil ocağıdır. Həmçinin lisey, texnoloji yeniliklərə açıq və bunları yerində istifadə edən, yüksək səviyyədə xarici dil təhsili verən və şagirdlərinə ümumbəşəri əxlaq dəyərlərini qazandıran özəl məktəbdir.

   Əsas qayəmiz, milli, əxlaqi, insani, mənəvi və mədəni dəyərlərini mənimsəyən, qoruyan və inkişaf etdirən, tarixi və torpağı ilə bütünləşən, bu günü dünəndən, sabahı bu gündən gözəl edən, ailəsini, vətənini, bayrağını, millətini və bütün insanlığı sevən, öz mənliyini və qabiliyyətlərini bilərək bunları millətinin xidmətində istifadə edən şəxsiyyət yetişdirməkdir. Onların fiziki sağlamlığı, zehni və əxlaqi cəhətdən yüksək səciyyəli insan olmaları əsas prioritetimizdir.

    Hər biri öz sahəsində mütəxəssis olan müəllim heyətimiz şagirdlərimizi öz istedad və maraqlarına uyğun gələn həm ölkə daxilində, həm də ölkə xaricində universitetlərə hazırlayır. Şagirdlərimiz təhsil həyatı boyu məktəbimizdə onlara təklif olunan 12-dn çox dərnək, idman və incəsənət fəaliyyətlərində iştirak edirlər. Kembric İmtahan Mərkəzi olan məktəbimizdə Azərbaycan, Rus və İngilis dillərində beynəlxalq təhsil verilir. Əsas hədəfimiz, şagirdlərimizin fiziki, zehni, əxlaqi və ruhi baxımından balanslı və sağlam bir şəkildə inkişafını, dünyadakı aktual hadisə və problemlərin fərqində olmalarını, cəmiyyətə qarşı məsuliyyətli, sərbəst, azad və elmi düşüncəli olmalarını, qabiliyyət və bacarıqlarını müasir üsullarla inkişaf etdirmələrini təmin etməkdir. Bu şüurla hər bir şagirdimizin barmaq izləri qədər unikal olduğunun fərqindəyik. 

    Zirvə Liseyi ailəsinin üzvü olmaq böyük bir şərəf və qürurdur. Məktəbimizlə bağlı yenilikləri, tələbələrimizin akademik və sosial nailiyyətlərini daim yenilənən internet səhifəmizdən izləyə bilərsiniz.

 
Hörmətlə,
 
Dr. Samir Həsənov

Qabaqcıl Təhsil Ocağı

Məzunlarımızın Söylədikləri

  • Mən Zirvə liseyindən məzun olmuşam. 5 illik təhsilimi Zirvə liseyinin peşəkar müəllimlərinin köməyi ilə başa vurmuşam. Və məzun adını qazanaraq ADA universitetinə daxil olmuşam. Yüksək təhsilə görə başda Xəzər Babayev olmaqla bütün dəyərli müəllimlərə dərin təşəkkürümü bildirirəm

    Əlizamin Cəlilov, ADA Universiteti
  • Şagirdlərə qarşı müəllimlər çox anlayışlı, xoş və mehriban rəftar edir. Mən liseyde təhsil aldıgım müddətcə mənə hər zaman yaxşı münasibət olub.Hər bir müəllimlərimə dərin təşəkkürümü bildirirəm.

    Sara Məmmədova, Ankara Universiteti
  • Dərsler digər təhsil müəsisələrinə nisbətən çox daha keyfiyyətlidir. Azərbaycandakı ən keyfiyyətli müəllim kollektivlərindən birinə sahib olması buna səbəbdir.

    Sərraf Baxışılı, Azərbaycan Neft və Sənaye Üniversiteti