Zirvə liseyinə Azərbaycan və rus bölmələri üzrə 1-ci və 2- ci sinflərdə şagird qəbulu müsahibə yolu ilə, 3,4-cü siniflərə isə imtahanla aparılır ( Azərbaycan dili ( rus dili ) , riyaziyyat, məntiq və həyat bilgisi fənləri üzrə ). Tədris yüksək biliyə malik olan müəllimlər tərəfindən yeni təlim metodları ilə həyata keçirilir. Siniflər şagird sayı maksimum 16 nəfər olmaqla təşkil olunur. İngilis dilinin tədrisinə xüsusi önəm verilir. (Həftədə 6 saat ) Şagirdlərin writing, reading, speaking, listening bacarıqlarına yiyələnməsinə diqqət edilir. Ev tapşırıqları müəllimlərin nəzarətində liseydə yerinə yetirilir. Şagirdlər gündə 1 dəfə olmaqla nahar yeməyi ilə təmin olunurlar. Şagirdlərin liseyə gəlib getmələrini asanlaşdırmaq üçün nəqliyyat xidməti fəaliyyət göstərir. Liseydə şahmat, rəsm, rəqs, taekvando, gimnastika, futbol, basketbol, gitara, dərnəkləri təşkil olunmuşdur . Şagirdlərin həftəsonlarını səmərəli keçirmələri üçün Respublikamızın görməli yerlərinə, əyləncə mərkəzlərinə, muzeylərə, kino və teatrlara ekskursiyalar təşkil olunur. Eyni zamanda liseyimizin şagirdləri arasında, eləcə də digər lisey şagirdləri ilə birlikdə yarışmalar, müsabiqələr təşkil olunur.