Zirvə liseyinin tam orta təhsil pilləsinə ( 10-11-ci siniflər üzrə ) qəbul imtahanla aparılır. Təhsilin bu pilləsində liseyimizdə siniflərdə şagird sayı maksimum 12-14 nəfərdən ibarətdir. Bu mərhələdə hər bir şagird öz blokunda olan fənlər üzrə təhsil alır. Hər blokda olan fənlər üzrə dərs saatlarının çoxluğu , eyni zamanda yüksək biliyə və təcrübəyə malik olan müəllimlərin dərs tədris etməsi şagird yüksək biliyə yiyələnməsinə şərait yaradır. Tam orta təhsil pilləsində keçirilən hər mövzu üzrə çoxsaylı test tapşırıqlarının yerinə yetirilməsi şagirdlərin yüksək test vərdişlərinə yiyələnməsinə şərait yaradır. Bunun göstəricisi olaraq tam orta təhsil pilləsində təhsil alan şagirdlərimiz məktəbdən kənar əlavə hazırlıqlara ehtiyac duymurlar. Şagirdlər üçün ayda 2 dəfə olmaqla ( blok və attestat / buraxılış ) lisey daxilində sınaq imtahanları təşkil edilir.
Şagirdlər gündə 1 dəfə olmaqla nahar yeməyi ilə təmin olunurlar. Şagirdlərin liseyə gəlib getmələrini asanlaşdırmaq üçün nəqliyyat xidməti fəaliyyət göstərir.