ZİRVƏ LİSEYİ
Təhsildə Zirvə

Missiyamiz

Təhsil ocağı olaraq qayəmiz:

Şagirdləri:

✓ milli, əxlaqi, insani, mənəvi və mədəni dəyərlərini mənimsəyən, qoruyan və inkişaf 
etdirən; 
✓ tarixi və torpağı ilə bütünləşən, bu günü dünəndən, sabahı bu gündən gözəl edən;
✓ ailəsini, vətənini, bayrağını, millətini və bütün insanlığı sevən;
✓ Öz mənliyini və qabiliyyətlərini bilərək bunları millətinin xidmətində istifadə edən;
✓ Fiziki, zehni və əxlaqi cəhətdən yüksək səciyyəli insan olaraq yetişdirməkdir.

 Müəllimləri:

✓ özünü daha yaxşı yetişdirmə və irəliləmə imkanı təmin etmək, 
✓ bütün işçiləri ilə isti bir ailə mühiti meydana gətirmək


Hədəflərimiz:

 Şagirdlərimizin:

✓ Fiziki, zehni, əxlaqi və ruhi baxımından balanslı və sağlam bir şəkildə inkişafını;
✓ Dünyadakı aktual hadisə və problemlərin fərqində olmalarını, cəmiyyətə qarşı 
məsuliyyətli, sərbəst, azad və elmi düşüncəli olmalarını;
✓ Qabiliyyət və bacarıqlarını müasir üsullarla inkişaf etdirmələrini;
✓ Ali məktəblərə qəbul imtahanlarında müvəffəqiyyətdə ilk sıralarda olmalarını;
✓ Rəsm, musiqi, teatr və s. incəsənət qabiliyyətlərini inkişaf etdirmələrini;
✓ İdmanın hər sahəsində ölkə və dünya dərəcələri əldə etmələrini;
✓ Qloballaşan dünyada dil, din və etnik ayrı-seçkilik güdmədən hər kəslə ünsiyyət qura 
biləcək müasir səviyyədə olmalarını;
✓ Olduğu yaş və təhsil səviyyəsində xarici dili istifadə etmədə mükəmməl hala 
gəlmələrini;
✓ Yenilikləri davamlı təqib edərək müasir texnologiyalardan istifadə bacarıqlarını 
inkişaf etdirmələrini; 
✓ Layihə və fənn olimpiadalarında da Azərbaycan və Dünya birinciləri olaraq 
yetişmələrini təmin etməkdir.

Müəllimlərimizə:

✓ Qabiliyyətlərini ən üst səviyyəyə çıxaracaq texniki, ictimai və psixoloji mühitin 
meydana gəlməsini;
✓ sahəsindəki inkişafları təqib edə bilmələri baxımından iqtisadi istiqamətdən optimal 
təmin səviyyəsində olmalarını;
✓ Şagirdlərlə, onların valideynləri ilə sıx əməkdaşlıq və ünsiyyət içində olmalarını 
təmin etməkdir.

Digər işçilərimizin:

✓ Səvərək, həyəcanla çalışan və rəhbərliklə əməkdaşlıq edən fərdlər olmalarını;
✓ Kübar davranışlarıya şagirdlərimizə davamlı nümunə olmalarını;
✓ Peşə bacarıqlarını inkişaf etdirmələri üçün həvəsləndirici hədiyyələrin verilməsini;
✓ Keyfiyyət anlayışı və fəlsəfəsi ilə hərəkət edərək, vəzifə və məsuliyyətlərini tam 
zamanında və əskiksiz olaraq yerinə yetirmələri üçün məhsuldar mühit təmin 
etməkdir.

Qabaqcıl Təhsil Ocağı

Məzunlarımızın Söylədikləri

  • Mən Zirvə liseyindən məzun olmuşam. 5 illik təhsilimi Zirvə liseyinin peşəkar müəllimlərinin köməyi ilə başa vurmuşam. Və məzun adını qazanaraq ADA universitetinə daxil olmuşam. Yüksək təhsilə görə başda Xəzər Babayev olmaqla bütün dəyərli müəllimlərə dərin təşəkkürümü bildirirəm

    Əlizamin Cəlilov, ADA Universiteti
  • Şagirdlərə qarşı müəllimlər çox anlayışlı, xoş və mehriban rəftar edir. Mən liseyde təhsil aldıgım müddətcə mənə hər zaman yaxşı münasibət olub.Hər bir müəllimlərimə dərin təşəkkürümü bildirirəm.

    Sara Məmmədova, Ankara Universiteti
  • Dərsler digər təhsil müəsisələrinə nisbətən çox daha keyfiyyətlidir. Azərbaycandakı ən keyfiyyətli müəllim kollektivlərindən birinə sahib olması buna səbəbdir.

    Sərraf Baxışılı, Azərbaycan Neft və Sənaye Üniversiteti