Zirvə liseyində təhsilin ümumi orta mərhələsinə ( 5 – 9- cu siniflər Azərbaycan və rus bölmələri üzrə ) qəbul imtahanla aparılır ( Azərbaycan dili ( rus dili ), riyaziyyat və ingilis dili fənləri üzrə ). Ümumi orta təhsil pilləsinin yekununda şagirdlər Azərbaycan dili (rus dili, riyaziyyat və ingilis dilindən attestat imtahanı verəcəklərini nəzərə alaraq bu fənlərin tədrisinə daha çox saat ayrılmışdır. Tədris yüksək biliyə və təcrübəyə malik olan müəllimlər tərəfindən yeni təlim metodları ilə həyata keçirilir. Siniflər şagird sayı maksimum 16 nəfər olmaqla təşkil olunur. İngilis dilinin tədrisinə xüsusi önəm verilir.Dəqiq fənlər(fizika, kimya, biloqgiya, informatika) laborotoriyalarda həm nəzəri, həm də praktiki dərslər əsasında aparılır. (Həftədə 7 - 8 saat) Şagirdlərin writing, reading, speaking, listening bacarıqlarına yiyələnməsinə diqqət edilir. İngilis dilinin tədrisində əlavə dərs vəsaitləri olaraq Oxford cə Cambridge xarici nəşrlərinə xüsusi yer verilir . İkinci xarici dil olaraq Alman dilinin tədrisi yüksək səviyyədə həyata keçirilir. Alman dilinin tədrisində Schritte dərs vəsaitindən istifadə edilir (Alman dilini biliyinə yüksək səviyyədə yiyələnən şagirdlər gələcəkdə Almaniyada ödənişsiz təhsil almaq imkanı əldə etmiş olur).