Haqqımızda

ZİRVƏ LİSEYİ
Təhsildə Zirvə

Zirvə Liseyi ilə Zirvələrə Doğru !

Zirvə liseyi yüksək səviyyədə tam orta təhsil verən tədris müəssisəsidir. Liseydə müasir standartlara cavab verən kimya, fizika, biologiya və informatika laboratoriyaları mövcuddur. Tədris prosesində smartboardlardan ( elektron lövhə ) istifadə edilir.

İbtidai siniflərdə ingilis dili dərslərinə xüsusi diqqət yetirilməsi (Xarici əd., Storybook, Audiovizual və.s), ibtidai sinif şagirdlərimiz üçün dərnəklərin keçirilməsi (futbol,basketbol,şahmat,rəqs,rəsm,musiqi və.s) və ev tapşırıqlarının liseydə müəllimlərin nəzarəti altında həll edilməsi liseyimizin üstün cəhətlərindəndir.

Zirvə liseyində oxuyan 10-11-ci sinif şagirdlərimiz təmayül siniflərdə xüsusi dərs proqramı ilə ali təhsil müəssisələrinə hazırlaşırlar. Şagirdlərimizin bilik və bacarıqlarının yoxlanılması üçün liseyimizdə hər ay buraxılış və blok fənləri üzrə sınaq imtahanları keçirilir.

Bundan əlavə liseyimizdə Kembric Universitetinin təşkil etdiyi starters, movers, flyers, KET, PET dərsləri keçirilir. Hər yarımilin sonunda liseyin tədris prosesi müddətində fəal olan şagirdlərimiz təşəkkürnamə, tərifnamə və sertifikatla təltif olunur ki, bu da şagirdlərdə əlavə stimul formalaşdırır.

Liseyimizin üstün cəhətlərindən biri də "Elektron Məktəb Sistemi”nin (EMS) mövcud olmasıdır. Elektron Məktəb Sistemi valideynlərin birbaşa onlayn olaraq hər bir fənn üzrə övladlarının qiymətləri haqqında məlumat əldə etməsinə imkan verir.

Şagirdlərimizin liseyə gəlməsi üçün xüsusi servis maşınları ayrılmışdır. Liseydə yüksək səviyyədə yeməkxana mövcuddur və şagirdlərimiz keyfiyyətli nahar yeməyi ilə təmin olunurlar.

Liseydə internet şəbəkəsi ilə təmin olunmuş lokal şəbəkə və təhlükəsizliyə nəzarət üçün xüsusi mühafizəçilərin daima müşahidə etdiyi mərkəzləşdirilmiş kamera sistemi mövcuddur

Əlavə məlumat almaq üçün Əlaqə səhifəsinə baş çəkin

Qabaqcıl Təhsil Ocağı

Məzunlarımızın Söylədikləri

  • Mən Zirvə liseyindən məzun olmuşam. 5 illik təhsilimi Zirvə liseyinin peşəkar müəllimlərinin köməyi ilə başa vurmuşam. Və məzun adını qazanaraq ADA universitetinə daxil olmuşam. Yüksək təhsilə görə başda Xəzər Babayev olmaqla bütün dəyərli müəllimlərə dərin təşəkkürümü bildirirəm

    Əlizamin Cəlilov, ADA Universiteti
  • Şagirdlərə qarşı müəllimlər çox anlayışlı, xoş və mehriban rəftar edir. Mən liseyde təhsil aldıgım müddətcə mənə hər zaman yaxşı münasibət olub.Hər bir müəllimlərimə dərin təşəkkürümü bildirirəm.

    Sara Məmmədova, Ankara Universiteti
  • Dərsler digər təhsil müəsisələrinə nisbətən çox daha keyfiyyətlidir. Azərbaycandakı ən keyfiyyətli müəllim kollektivlərindən birinə sahib olması buna səbəbdir.

    Sərraf Baxışılı, Azərbaycan Neft və Sənaye Üniversiteti