Xəbərlər və tədbirlər

  • Zirvə liseyində Müəllim Qəbulu üzrə vakansiya

    • 2022-06-09

    Hər il olduğu kimi bu il də növbəti tədris ili üçün Zirvə liseyi Müəllim Qəbulu üzrə vakansiya elan edir.

     

     

    26 iyun 2022-ci il saat 11:00-da Azərbaycan, Rus və İngilis bölmələri üzrə aşağıdakı fənlər üzrə imtahan keçiriləcək:

    Azərbaycan və Rus bölmələri üçün:

    Azərbaycan dili və ədəbiyyat
    Rus dili və ədəbiyyat
    Riyaziyyat
    İngilis dili
    Kimya
    Biologiya
    Coğrafiya
    Fizika
    Tarix
    İnformatika
    İbtidai sinif

     

    İngilis bölməsi üçün (İngilis bölməsi üçün imtahan şifahi üsulla keçiriləcək):

    Pre school (Math, Social studies, Science)
    Primary (Math, Social studies, Science)
    Art, Technology
    Information Technology
    Physical Education

     

    ⏺️ İmtahanda 80%-dan yuxarı nəticə əldə edən namizədlər 2-ci mərhələyə (müsahibə və nümunə dərs izahı) buraxılacaq.
    ⏺️ İmtahandan iştirak etmək istəyən namizədlərin aşağıdakı forumu doldurmaqla yanaşı, liseyə yaxınlaşaraq buraxılış vərəqi əldə etməsi vacibdir.
    ⏺️ Buraxılış vərəqi üçün xidmət haqqı 6 AZN-dir.
    ⏺️ İmtahan Xırdalan ş. AAAF parkda yerləşən Zirvə liseyində keçiriləcək.
    ⏺️ İmtahanda iştirak etmək üçün şəxsiyyət vəsiqəsini buraxılış vərəqini gətirmək vacibdir.
    ⏺️ Kitabça 25 ixtisas sualından ibarətdir.
    ⏺️ 4 səhv 1 doğrunu aparır.