Bildiyiniz kimi ölkəmizdə Koronavirus
(COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.
Qeyd edək ki, yaranmış vəziyyətlə bağlı olaraq liseyimizdə mütəmadi olaraq tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər davam etdirilir.