Xəbərlər və tədbirlər

  • Şeir müsabiqəsi

    • 2020-12-18
      Məlum olduğu kimi bəşəriyyəti çətin sınaq qarşısına qoyan qlobal pandemiya insan sağlığı ilə yanaşı təhsilə də ciddi mənfi təsirini göstərməkdədir. Hazırkı vəziyyətdə təhsil vermək üçün ən optimal yol görülən onlayn dərslərin keçirilməsidir. Bu baxımdan onlayn dərslərin keyfiyyətinin yüksəkliyini qoruyub saxlamaq Zirvə liseyinin hər zaman diqqətindədir.
       Bundan əlavə liseyimiz hər zaman şagirdlərimizin sosiallığının da inkişafında maraqlı olub və bunun üçün indiyə kimi bir neçə layihə və müsabiqələr təşkil etmişdir.
       Bu müsabiqələrdən biri də Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə təşkil edilən “Mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, mən azərbaycanlıyam" adlı onlayn şeir müsabiqəsidir.
     
    Müsabiqənin şərtləri aşağıda qeyd edilmişdir:

    ✅ Müsabiqə tarixi : 18.12.2020-30.12.2020
    ✅ İştirakçılar müsabiqəyə "Vətənpərvərlik" mövzusunda şeir deyib, çəkdikləri videolarını göndərərək qoşula bilərlər.
    ✅ Müsabiqə liseyimizin 5-6-7-8-ci sinif 👱👱‍♀️şagirdləri üçün nəzərdə tutulmuşdur;
    ✅ Şeir mövzuya uyğun seçilməli;
    ✅ İştirakçılar "Vətənpərvərlik" mövzusunda özünün yazdığı şeiri də səsləndirə bilər;
    ✅ İştirakçı Azərbaycan, İngilis, Rus və ya Alman dillərində şeir səsləndirə bilər.
     
    ✅ İştirakçılardan səsləndikləri şeirin video-yazısını ad, soyad və sinfini qeyd etməklə ən gec 30.12.2020-ci il tarixinədək [email protected] ünvanına göndərmələri xahiş olunur.