Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi “Vətənvərpərlik" mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri müəyyənləşib.
Müsabiqəyə 321 əsər təqdim edilib. 53 əsər müsabiqə qaydalarına cavab vermədəyi üçün (bir müəllifin bir neçə janr və müxtəlif kateqoriya üzrə gönədərdiyi əsərlər, məqalələr, publisistik yazılar, rus dilində olan ədəbi mətnlər və s.) qəbul olunmayıb.
Müsabiqədə “Peşəkar yaradıcı şəxslər” kateqoriyası üzrə 50, “Həvəskar yaradıcı şəxslər” kateqoriyası üzrə 193, “10-15 yaş arası uşaqlar” kateqoriyası üzrə 25 əsər iştirak edib. 268 əsərdən 67-si esse janrı üzrə, 75-i hekayə janrı üzrə, 126-sı poeziya janrı üzrə iştirakçı olub.
Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi ştrix ilə şifrələnmişdir.
Komissiyanın 9 üzvü tərəfindən 268 əsərin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.
“Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq “10-15 yaş arası uşaqlar” kateqoriyasında hekayə janrı üzrə liseyimizin 5-ci sinif şagirdi Abdullah Hüseynli də qaliblər sırasında yer almışdır.
Qeyd edək ki, Abdullah müsabiqəyə "Kaş ki, yuxum çin olaydı" adlı hekayə ilə qoşulmuşdu.
Məlumat Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi saytından götürülmüşdür.