Hörmətli Valideyn,
Nəzərinizə çatdırmaq istəyirik ki, 2020-2021-ci il tədris ilinin başlanması 15 sentyabr 2020-ci il tarixinə proqnoz edilmişdir. Liseyimizdə bununla bağlı dərs hazırlıqlarına start verilmişdir.
Əgər hal-hazırda ölkəmizdə baş verən Pandemiya ilə bağlı dərslərin yenidən təxirə salınması baş verərsə, liseyin təhsil haqqı ödənişlərində aşağıdakı kimi kompensasiyalar ediləcəkdir :
1. Dərslər onlayn keçirildiyi halda, onlayn keçirilən ayın ödənişindən 30% güzəşt ediləcəkdir. Məsələn : illik təhsil haqqı 4000 manatdırsa, bir ayın hesablanması üçün (4000/9) x 30% .
2. 2020/2021 tədris ilinə yeni qəbul olanlar üçün təhsil haqqı ödənişi aşağıdakı kimidir:
- Yeni qəbul Azərbaycan bölməsi üçün 4000 manat ibtidai, 4700 manat yuxarı siniflər
- Yeni qəbul Rus bölməsi üçün 4500 manat ibtidai, 4900 manat yuxarı siniflər.
Qeyd: Hər ayın 15-dən sonrakı gün növbəti tədris ayı hesab edilir.