Xəbərlər və tədbirlər

  • Zirvə liseyində Novruz şənliyi

    • 2019-12-30

    19.03.2019-cu il tarixində, ZİRVƏ liseyində möhtəşəm Novruz şənliyi keçirildi. Bayram tədbirində Liseyin direktoru ilk olaraq çıxış edərək hər kəsi Novruz bayramı münasibətiylə təbrik edib və ən xoş arzularını çatdırıb. Liseyin müəllim, şagird və valideyinlərin də iştirak etdiyi şənlik xoş anlarla yadda qalıb. Əvvəlcə şənlikdə sehirbaz şou nümaiş etdirib, daha sonra Novruzun əsas atributlarından olan Kosa ilə Keçəlin öz aralarındakı dialoqları, duzlu-məzəli sözləri şənliyi daha da maraqlı edib. Tədbir zamanı rəngarəng ifalar, müxtəlif rəqs növləri və oyunlar nümayiş olunub. Novruzu tərənnüm edən şeirlər səslənib. Tədbir bayram əhval-ruhiyəli ifalarla başa çatıb.