Avqustun 20-də Təhsil naziri Emin Əmrullayev özəl təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib.
Görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.
Görüş zamanı liseyimizin direktoru Xəzər Babayev çıxış edərək yeni tədris ili ilə bağlı fikirlərini bildirib. Eləcə də təklif olunan modellər haqqında müzakirələr aparılıb.