Müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir.
Dekabrın 13-də liseyimizin 7-ci sinif şagirdləri Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, 1 dəqiqəlik sükutla yad etmişlər. Daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül qoyublar.
Şagirdlərimizə ümummilli lider Heydər Əliyevin mühim fəaliyyəti, şəhidlərimizin qəhrəmanlığı haqqında məlumatlar verilib, müzakirələr aparılmışdır.
Allah rəhmət eləsin.