Xəbərlər və tədbirlər

  • Azərbaycanda ilk dəfə Zirvə liseyində Kumon metodu tətbiq olunacaq.

    • 2022-09-12

    📣Bütün dünyada tanınmış Yaponiyanın Kumon metodu artıq Azərbaycandadır!

    🔹Nəzərinizə çatdırırıq ki, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Yaponiyanın Kumon Şirkəti və Zirvə Liseyi arasında rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi 7 sentyabr 2022-ci il tarixində Bakı şəhərində keçirilmişdir.
    🔹Kumon metodu Azərbaycanda ilk dəfə Zirvə Liseyində tətbiq olunacaq. Metod dünyanın 60-dan çox ölkəsində tətbiq olunur. Metodun əsasında uşaqların riyaziyyatı müasir texnologiya ilə müəllim və şagird arasında qarşılıqlı öyrənmə üsulu dayanır.
    🔹Tədbirdə Yaponiyanın Azərbaycandakı Səfiri Vada Cuniçi, Kumon Şirkətinin nümayəndəsi Masaki Tsuda, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, Zirvə Liseyinin direktoru Xəzər Babayev, eləcə də Zirvə Liseyinin müdir müavini Yaşar Zeynalov iştirak edib.
    🇯🇵🇦🇿 Tərəfdaşlığın ölkə təhsili üçün uğurlu olacağına inanırıq.

    Əlaqə/Contact:👇
    📱 (051) 557 00 00
    📱 (070) 439 06 06
    ☎ (012) 409 06 06
    💻FB/IG: @zirveliseyi

    🌐 www.zirveliseyi.edu.az
    📍 Xırdalan şəhəri, H.Əliyev prospekti 167 / "AAAF Park" Yaşayış Kompleksi