Xəbərlər və tədbirlər

  • Zirvə Liseyinin daha bir qrup şagirdi Bakı Mühəndislik Universitetində (BMU) olublar.

    • 2022-04-27

    Zirvə Liseyinin daha bir qrup şagirdi Bakı Mühəndislik Universitetində (BMU) olublar.

    Ali təhsil ocağı ilə yaxından tanış olan məktəblilərə burada fəaliyyət göstərən müvafiq laboratoriyalarda əyani təcrübələri izləmək imkanı yaradılıb.

    Öncə BMU-nun Pedaqoji fakültəsinin tədris işləri üzrə dekan müavini, dosent Seyran Qayıbov  gələcəyin tələbələrinə universitetdəki maddi-texniki baza haqqında ətraflı məlumat verib.

    Kimya-biologiya kafedrasının baş müəllimi Elşad Yunusov ümumilikdə laboratoriyalar və burada mövcud olan avadanlıqlar barədə şagirdlərə geniş informasiyaları təqdim edib. Ayrı-ayrı maketlər üzərində şagirdlərə müvafiq bilgilər verən E.Yunusov onları maraqlandıran sualları cavablandırıb.

    Sonra şagirdlər laboratoriyada mikroskop altında müşahidələr aparıb, maraqlı təcrübələri əyani şəkildə izləyiblər.

    Məktəblilər universitetin Robot laboratoriyasında tələbələrin hazırladıqları maketlərlə də yaxından tanış olublar.

     Zirvə Liseyinin müəllim və şagirdləri maraqlı ekskursiyaya görə BMU rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

    ƏLAQƏ VASİTƏLƏRİ ⬇️
    📱 (051) 557 00 00
    📱 (070) 439 06 06
    ☎ (012) 409 06 06

    🌐 www.zirveliseyi.edu.az
    📍 Xırdalan şəhəri, H.Əliyev prospekti 167 / "AAAF Park" Yaşayış Kompleksi