Xəbərlər və tədbirlər

  • Cari güzəştlər haqqında

    • 2020-12-18

    Hörmətli Valideyn.

      Azərbaycan Respublikası Dövlət Müstəqilliyini bərpa etdikdən sonra işğal olunmuş ərazilərimizin azad olunması uğrunda apardığı mübarizə Ali Baş Komandanımızın rəhbərliyi ilə möhtəşəm qələbə ilə başa çatdı. Bu möhtəşəm qələbə münasibətilə sizi ürəkdən təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyir, əldə etdiyimiz uğurların davamlı olmasını ürəkdən arzu edirik.

    Nailiyyətlər

       Məlum olduğu kimi bəşəriyyəti çətin sınaq qarşısına qoyan qlobal pandemiya insan sağlığı ilə yanaşı təhsilə dəciddi mənfi təsirini göstərməkdədir. Hazırki vəziyyətdə təhsil vermək üçün ən optimal yol görülən onlayn dərslərin keçirilməsidir. Bu baxımdan onlayn dərslərin keyfiyyətinin yüksəkliyini qoruyub saxlamaq Zirvə liseyinin hər zaman diqqətindədir.

       Liseyin Elektron Məktəb Sistemi (EMS) mövcudluğu uşaqların davamiyyətinin ölçülməsində və qiymətləndirilmənin aparılmasında mühüm rol oynayır. EMS sisteminə daxil olmaq üçün hər valideynə kod təqdim olunmuşdur.
      - 2018/2019-cu tədris ilində olduğu kimi 2019/2020-ci tədris ilində də liseyimizin XI sinifdən məzun olan bütün şagirdlərimiz Universitetlərə qəbul olmuş və beləliklə 100% nəticə göstərmişlər.
      - IX sinif şagirdlərimiz isə attestat imtahanında hər üç fənnədən (Azərbaycan dili, Riyaziyyat, İngilis dili) birincilik əldə etmişlər.
      - 2019/2020-ci ildə liseyimizin iki müəllimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi QRAND layihəsinin (Coğrafiya və Fizika fənni üzrə) qalibi olmuşlar.
      - Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (İJSO) fizikadan təqdim olunmuş məsələlər və onların həlli üzrə kitab dərc olunmuşdur.
      - Zirvə liseyi bu il Cambridge'in Azərbaycandakı rəsmi imtahan mərkəzi statusunu qazanmış və 2020-ci ilin oktyabr ayında Cambridge tərəfindən tanınan rəsmi ilk imtahanlarını keçirmişdir.

    Hörmətli Valideyn,

       Məlum olduğu kimi Liseyimiz qeyri istehsal sahəsidir və sizin ödənişlər əsasında formalaşır. Pandemiyanı nəzərə alaraq onlayn dərslərin keçirilməsi ilə əlaqədar təhsil haqqının aylar üzrə bölünmüş hissəsinə aşağıdakı formada güzəştlər tədbiq edilir :

    -  “3 gün onlayn, 2 gün məktəbdə dərs olarsa güzəşt 20%” ,

    -  “2 gün onlayn, 3 gün məktəbdə dərs olarsa güzəşt 15%” ,

    -  “tam onlayn (5 gün) olarsa güzəşt 30%”

        Müqavilədəki ödəmə qrafikinə uyğun olaraq (qrafikdəki 15 dekabr tarixi də daxil olmaqla) 30 Dekabr 2020-ci il tarixinə qədər ödəməni həyata keçirən valideynlərə  2021-ci ilin yanvar ayında güzəştlər hesablanaraq geri qaytarılacaq.

        Qeyd:  Bu güzəşt gecikənlərə şamil edilməyəcəkdir. (son ödəmə tarixi 30.12.2020)