Zirvə liseyinə Azərbaycan və rus bölmələri üzrə 1-ci sinfə şagird qəbulu müsabiqə yolu ilə, 2,3,4-cü siniflərə isə imtahanla aparılır ( Azərbaycan dili ( rus dili ) , riyaziyyat və həyat bilgisi fənləri üzrə ). Tədris yüksək biliyə malik olan müəllimlər tərəfindən yeni təlim metodları ilə həyata keçirilir. Siniflər şagird sayı maksimum 20 nəfər olmaqla təşkil olunur. İngilis dilinin tədrisinə xüsusi önəm verilir. (Həftədə 4 saat ) Şagirdlərin writing, reading, speaking, listening bacarıqlarına yiyələnməsinə diqqət yetirilir. Ev tapşırıqları müəllimlərin nəzarətində liseydə yerinə yetirilir. Şagirdlər gündə 1 dəfə olmaqla nahar yeməyi ilə təmin olunurlar. Şagirdlərin liseyə gəlib getmələrini asanlaşdırmaq üçün nəqliyyat xidməti fəaliyyət göstərir. Liseydə şahmat , rəsm , rəqs , taekvando , gimnastika , futbol , basketbol , gitara , üzgüçülük dərnəkləri təşkil olunmuşdur . Şagirdlərin həftəsonlarını səmərəli keçirmələri üçün Respublikamızın görkəmli yerlərinə , əyləncə mərkəzlərinə , muzeylərə , kino və teatrlara ekskursiyalar təşkil olunur. Eyni zamanda liseyimizin şagirdləri arasında, eləcə də digər lisey şagirdləri ilə birlikdə yarışmalar , viktorinalar təşkil olunur.