Məktəbəqədər hazırlıq

Məktəbəqədər hazırlıq

Zirvə Liseyində məktəbəqədər hazırlıq qrupları mövcuddur. Məktəbəqədər hazırlıq qrupları rəsmi proqrama əsasən Azərbaycan və rus bölmələri üzrə həftədə 5 gün olmaqla saat 08 : 30 -dan 16 : 05 –ə kimi fəaliyyət göstərir. Azərbaycan bölməsində Azərbaycan dili , riyaziyyat və ingilis dili , rus bölməsində Rus dili , riyaziyyat və ingilis dili fənləri hər bir fənn həftəlik 3 saat olmaqla tədris edilir. Şagirdlər gündə 1 dəfə olmaqla nahar yeməyi ilə təmin olunurlar. Həftəlik 9 saatlıq dərs saatından əlavə aşağıdakı məşğələlər də tətbiq olunur.

  1. Cambridge sistemi üzrə ingilis dilinin tədrisi (Starter)
  2. Fiziki tərbiyə
  3. Bədii qiraət
  4. Mental aritmetika
  5. Təsviri incəsənət
  6. Oyun və film saatları
  7. Rəqs

Zirvə liseyinin məktəbəqədər hazırlıq qrupunu bitirən şagirdlər müsabiqədə iştirak etmədən liseyin şagirdləri sırasına qəbul edilir və onlara 5% güzəşt tətbiq olunur.

Məzunlarımızın Söylədikləri

  • Mən Zirvə liseyindən məzun olmuşam. 5 illik təhsilimi Zirvə liseyinin peşəkar müəllimlərinin köməyi ilə başa vurmuşam. Və məzun adını qazanaraq ADA universitetinə daxil olmuşam. Yüksək təhsilə görə başda Xəzər Babayev olmaqla bütün dəyərli müəllimlərə dərin təşəkkürümü bildirirəm

    Əlizamin Cəlilov, ADA Universiteti
  • Şagirdlərə qarşı müəllimlər çox anlayışlı, xoş və mehriban rəftar edir. Mən liseyde təhsil aldıgım müddətcə mənə hər zaman yaxşı münasibət olub.Hər bir müəllimlərimə dərin təşəkkürümü bildirirəm.

    Sara Məmmədova, Ankara Universiteti
  • Dərsler digər təhsil müəsisələrinə nisbətən çox daha keyfiyyətlidir. Azərbaycandakı ən keyfiyyətli müəllim kollektivlərindən birinə sahib olması buna səbəbdir.

    Sərraf Baxışılı, Azərbaycan Neft və Sənaye Üniversiteti