Xəbərlər və tədbirlər

  • İngilis dili yarışması

    • 2021-02-08

    Zirvə liseyi İngiltərədəki “Oscar Education”-un Azərbaycanda yeganə təmsilçisi olaraq ölkə üzrə 5-11-ci sinif şagirdlərini “TeenEagle” İngilis dili olimpiadasına dəvət edir!

     Olimpiadada iştirak etmək şagirdlərin bu yaşda kitab oxumağına bir təkan, motivasiya, ingilis dilində film izləyib başa düşmələrinə gözəl fürsətdir.Eyni zamanda şagirdlər Beynəlxalq dərəcəli təcrübə əldə edəcəklər və bunu təsdiq edən sertifikatlar əldə edəcəklər.

     İmtahan 2 kateqoriyada keçirilir:
    6, 7, 8-ci siniflər bir (“Eaglet”), 9-10-11-ci siniflər isə digər (“Eagle”) kateqoriyada.
    5-ci sinif şagirdlər 6-cı sinif kimi qeydiyyatdan keçərək “Eaglet” kateqoriyasında yarışa qoşula bilərlər.

    İmtahan 24 Aprel tarixində onlayn şəkildə təşkil ediləcəkdir, qeydiyyat üçün son tarix 16 Apreldir.

     Olimpiada sualları hər iki kateqoriyada 1 kitab və 1 filmdən təşkil ediləcək. Olimpiada ödənişlidir. Bu ödəniş saytın ana səhifəsində qeydiyyat üçün 20£ , kitabı endirmək üçün ödəniş 8$ nəzərdə tutulub.
    Zirvə liseyi olaraq paylaşdığımız linkdən qeydiyyatdan keçənlərə kitab pulsuz göndəriləcək və imtahan üçün ödəniş 18£ olacaq.

    Qeydiyyat linki: https://bit.ly/3cKdxJ8

    Olimpiadada iştirak edən hər kəs İştirakçı sertifikatı, qalib olanlar isə platinium, qızıl, gümüş və bürünc sertifikatlar əldə edəcəklər.

      İmtahanda bütün 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər.Lakin İngiltərədə təşkil ediləcək yay məktəbində iştirak etmək üçün şagirdlər bu imtahanda iştirak etməli və minimum 40% nəticə toplamalıdırlar.Buna səbəb səfər zamanı təşkil ediləcək seminarların, təlimlərin, dərslərin, yarışların vəs. ingilis dilində olmasıdır.

     Ölkə üzrə hər kateqoriyada ilk 33 nəfər finalda iştirak etmək hüququ əldə edir. Final mərhələsi İngiltərəyə səyahət şəklində olacaq.

     Ölkə üzrə imtahanda hər 2 kateqoriyada ən yüksək nəticə göstərən şagirdlər İngiltərəyə səyahət üçün endirim əldə edəcəklər:

    I YER -100%
    II YER -75% ,
    III Yer- 50%
    Digər 30 nəfər isə 10%

      Səyahət 7 gecə 8 gün olaraq nəzərdə tutulmuşdur. Minimum 40% nəticə toplayan istəyən şagirdlər İngiltərədəki düşərgədə iştirak edə bilərlər, düşərgə ödənişlidir. (1200£)
    Qeyd edək ki, bu ödənişə təyyarə bileti daxil deyil.

      Final mərhələsində uğur göstərən şagirdlər Oxford və Cambridge universitetlərinden endirimlər qazanacaqlar!